Naira Zohrabyan: “Paşinyan tərəfdarlarının bir qismi islamı qəbul etməyə belə razı olarlar...”

Naira Zohrabyan: “Paşinyan tərəfdarlarının bir qismi islamı qəbul etməyə belə razı olarlar...”

Hazırda oxunan: Naira Zohrabyan: “Paşinyan tərəfdarlarının bir qismi islamı qəbul etməyə belə razı olarlar...”

15453

Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarını üç kateqoriyaya bölmək olar. 

Bizim.Media xəbər verir ki, bu barədə Facebook səhifəsində müxalifət partiyasından olan millət vəkili Naira Zohrabyan yazıb:

"Birincisi, əvvəlki rejimdən "inciyənlər"dir, onlar da islamı da qəbul etməyə razı olarlar ki, keçmiş hakimiyyət qayıtmasın. İkincisi, "Dalal"lardır (tacirlər), onlar üçün türklərlə ticarət qurub pul qazanmaq, Qarabağdan və bu yolda ölənlərin qanından daha vacibdir.

 

MÖVZU İLƏ BAĞLI:

Erməni deputat: “Paşinyan ölkəni vətəndaş müharibəsinə sürükləyir”


Üçüncüsü isə bu gün vətənimizi itirdiyimizi və sabah dövlətçiliyimizi itirəcəyimizi anlamayan savadsız təbəqədir", - deyə Zoqrabyan qeyd edib.

Onun fikrincə, bu cür insanlarla Ermənistanın heç bir gələcəyi ola bilməz:

“30 ildə fəst fuudla bəslənən, seriallarla beyinləri yuyulmuş bir nəsil yetişdirmişik. Seriallar cəmiyyəti ölkəni məhvə paracaq və bunda günahkar olanları heç kim xətrinə belə dəyməyəcək”. 

Zohrabyan yazır ki, əksinə, bu serialları çəkən insanlara ali dövlət mükafatları verilir və daha da həvəsləndirilirlər ki, milləti yaxşı məhv etsinlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO