“Ermənistanda Paşinyan hakimiyyəti nə qədər pis olsa da, Koçaryan-Sarkisyandan ibarət müxalifət ondan da pisdir”.
Bunu politoloq Tural İsmayılov Koçaryan-Sarkisyan və Rusiya hərbi-siyasi dairələrinin yeni ittifaq yaratmasını Bizim.Media-ya şərh edərkən deyib.
O bildirib ki, Ermənistanda Paşinyana qarşı olan qüvvələr, özəlliklə də onun ən qatı əleyhdarları hesab edilən Rusiya siyasi dairələri və buradakı erməni diasporu Robert Koçaryanın proseslərdə aktiv olmasını istəyir:
“Amma unudurlar ki, Koçaryana Rusiya tərəfindən edilən maliyyə dəstəyi artıq puça uğrayıb. Çünki Ermənistan xalqı Paşinyanın iqtisadi-siyasi uğursuzluqlarının ağır nəticələrini yaşasa da, başa düşür ki, Koçaryan-Sarkisyan hakimiyyəti bundan daha dağıdıcı olub”, deyə Tural İsmayılov bildirib.
Politoloq qeyd edib ki, son aksiyalarda Koçaryanla Sarkisyanın fəallaşması müşahidə edilib:
"Paşinyan Moskva əleyhinə ritorikanı gücləndirir. Kreml isə Koçaryan və Sarkisyandan siyasi alət olaraq istifadə edir, Paşinyana təzyiq göstərir. Paşinyanın cəmiyyətdə nüfuzu nə qədər aşağı olsa da, Koçaryanla Sarkisyanın ictimai etimadı daha aşağıdır. Ona görə düşünürəm ki, Koçaryan-Sarkisyan kartından nə qədər istifadə edilməyə çalışılsa da, onların Ermənistan ictimai rəyində heç bir ciddi sosial dayaqları mövcud deyil”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
11:00 / 06.09.2023
Moskvanın Paşinyandan QİSAS PLANI – Keçmiş “Qarabağ klanı” yenidən AKTİVLƏŞDİRİLİR
Hazırda oxunan: Moskvanın Paşinyandan QİSAS PLANI – Keçmiş “Qarabağ klanı” yenidən AKTİVLƏŞDİRİLİR
Hazırda oxunan: Moskvanın Paşinyandan QİSAS PLANI – Keçmiş “Qarabağ klanı” yenidən AKTİVLƏŞDİRİLİR
153765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.