Arutyunyan Ermənistanda hakimiyyət dəyişikliyi üçün dəyişdirilib - Samvel Babayan 

Arutyunyan Ermənistanda hakimiyyət dəyişikliyi üçün dəyişdirilib - Samvel Babayan 

Hazırda oxunan: Arutyunyan Ermənistanda hakimiyyət dəyişikliyi üçün dəyişdirilib - Samvel Babayan 

153545

 "Separatçı xuntanın keçmiş lideri Arayik Arutyunyan sələfləri Bako Saakyan və Arkadi Qukasyanla razılaşaraq qərar qəbul etsə də, heç kim onu ​​istefaya məcbur etməyib".

Bizim.Media xəbər verir ki, bu barədə separatçıların keçmiş “Təhlükəsizlik Şurasının katibi” Samvel Babayan “Azatutyun” radiostansiyasının efirində bildirib.

“Birincisi, Arayik Arutyunyanın təzyiq altında getdiyini düşünmürəm. İkincisi, təəccüblü deyildi, çünki mən 10 gün əvvəl müsahibələrimdə demişdim ki, Arutyunyan getməlidir, başqa çarəsi yoxdur, çünki heç bir qüvvə onu dəstəkləmir. Getməli idi, başqa yolu yox idi”,- deyə Babayan vurğulayıb.
“Arutyunyana Bako Saakyan və Arkadi Qukasyan tərəfindən təzyiq edilibmi?” sualına Babayan "Yox" cavabını verib.

“Bu yaxınlarda mən açıqlama verdim ki, Qarabağda 3 nəfər zirzəmidə müqavilə imzalayıb. Arutyunyan da onlardan biridir. Ona rol verdilər, sona qədər oynaya bilmədi, dəyişdirildi. İndi yeni oyunçu gətirilib”, - deyə Babayan qeyd edib.

Onun sözlərinə görə, indi İrəvanda müəyyən qüvvələr Qarabağda Ermənistanda hakimiyyət dəyişikliyi üçün mübarizə aparacaq qrup yaradırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO