Sentyabrın 1-də Azərbaycanla sərhəddə təxribat zamanı məhv edilən erməni hərbçilərin sayı 4-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha bir əsgər yaralanıb.
Qeyd edək ki, son günlər erməni tərəfinin hərbi təxribatları intensiv hal alıb. Bu gün səhər yenidən Ermənistan silahlı qüvvələri bölmələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu yaralanıb.
Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində qarşı tərəf itki verib. Daha əvvəl erməni KİV məlumat yayıb ki, Ermənistan ordusunun 2 hərbçisi məhv edilib, 1 yaralı var.
Bizim.Media
- A-
- A
- A+
Region
16:23 / 01.09.2023
Məhv edilən erməni hərbçilərin sayı ARTDI
Hazırda oxunan: Məhv edilən erməni hərbçilərin sayı ARTDI
Hazırda oxunan: Məhv edilən erməni hərbçilərin sayı ARTDI
153214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.