Azərbaycanlı sürücü Xankəndidə ürəyindən əməliyyat edilib? – Erməni mediası yazır

Azərbaycanlı sürücü Xankəndidə ürəyindən əməliyyat edilib? – Erməni mediası yazır

Hazırda oxunan: Azərbaycanlı sürücü Xankəndidə ürəyindən əməliyyat edilib? – Erməni mediası yazır

15293

Ürək böhranı keçirən bir azərbaycanlı sürücü Xankəndidəki xəstəxanaya aparılaraq ürək əməliyyatı edilib, onun damarlarına stend qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” nəşri məlumatlı bir mənbəyə istinadən yayıb.

Bildirilib ki, cümə günü sosial şəbəkələrdə rus sülhməramlılarının müşayiəti ilə bir azərbaycanlı sürücünün Xankəndi xəstəxanasının şöbələrindən birində müalicə aldığı barədə məlumatlar tirajlanıb.

“Sputnik Ermənistan” saytı qondarma rejimin bəzi “rəsmiləri” ilə əlaqə qurmağa çalışıb, lakin mövzu ilə bağlı heç kəs şərh verməyib.

Hazırda xəstənin Bakıya çatdırıldığı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO