"BMT Təhlükəsizlik Şurasında mat olduq" - “Ədalətli Ermənistan” partiyasının rəhbəri - FOTO

Hazırda oxunan: "BMT Təhlükəsizlik Şurasında mat olduq" - “Ədalətli Ermənistan” partiyasının rəhbəri - FOTO

151748

“Ermənistan BMT Təhlükəsizlik Şurası ilə şahmat oynamağa çalışdı, lakin məğlubiyyətlə üzləşdi. Heç bir strategiyamız yoxdur, biz nə edəcəyimizi bilmirik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Ədalətli Ermənistan” partiyasının rəhbəri, hüquqşünas Norik Norikyan Ermənistanın “1in.TV” kanalına müsahibəsində bildirib.

"Birincisi, mən bu fikirdən uzağam ki, öz strateji maraqları olan dünya mərkəzlərinin bizim regionda baş verənlərlə bağlı məlumatı yoxdur. Onlar hətta bizdən də çox informasiyaya malikdirlər.

Bilirsiniz ki, Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolunun açılması ilə bağlı müvafiq qərarı dərc olunandan sonra mən özüm də bir hüquqşünas kimi təcili ərizə verilməsinin və BMT Təhlükəsizlik Şurasının çağırılmasının zəruriliyi barədə danışdım.

Amma sonradan hakim partiya (Paşinyanın partiyası nəzərdə tutulur)  baş verənləri onunla izah etdi ki, bu görüşə hazırlaşmaq üçün müəyyən vaxt lazımdır, çünki aydın mövqe formalaşdırmaq üçün üzv dövlətlərlə müvafiq məsləhətləşmələr və danışıqlar aparılmalıdır. Nəticədə biz BMT Təhlükəsizlik Şurasının iclasını gördük.
Səmimiyyətlə demək istəyirəm ki, sessiyadakı hadisələr mənə deməyə imkan verir ki, Ermənistan şah vermək istəyib, lakin gözlənilən nəticəyə nail olmadan özü mat olub”, - deyə Norikyan bildirib.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO