İranda 5 bina uçub, dağıntılar altında qalanlar var.
Bizim.Media xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Tehranda binalardan birinin sökülməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməməsi səbəbindən 4 qonşu bina uçub. Nəticədə ən az dörd polis əməkdaşı və iki bələdiyyə işçisi dağıntılar altında qalıb.
İndiyədək dağıntılar altından 4 nəfər xilas edilib. Dağıntılar altında qalan digər şəxslərin həyatını xilas etmək üçün tədbirlər həyata keçirilir.
Bizim.Media