"Ermənilərin Qarabağdan təxliyəsi haqqında düşünməliyik" - Erməni politoloq

Hazırda oxunan: "Ermənilərin Qarabağdan təxliyəsi haqqında düşünməliyik" - Erməni politoloq

148751

“Bakı və Xankəndi arasında dialoq asimmetrik olacaq. İndiki vaxtda siyasi muxtariyyətin müzakirəsini gözləmək belə əbəsdir. Çətin şeylər yazdığımı bilirəm, amma seçim yoxdur. Qarabağda vəziyyət çətinləşir və indi pafos zamanı deyil”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni politoloq Suren Surenyants Facebook səhifəsində yazıb.

“Hələ ümid edirik ki, Qarabağın etnik erməniləri üçün hansısa beynəlxalq təhlükəsizlik mexanizmi yaradılacaq.

Qlobal mənada ruslar ermənilərin təhlükəsizliyinə zəmanət verməlidirlər (yeni mexanizm yaradacaqlarına inanmaq çətindir), ya da onların Qarabağdan təxliyəsi barədə düşünməliyik.

Mümkün dialoq bütün beynəlxalq aktorların niyyətlərini və bizim gözləntilərimizi üzə çıxarmaq üçün son sınaqdır”, - erməni politoloq vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO