Hindistan Ermənistanı silahlandırmaqda davam edir.
“Caliber”in məlumatına görə, İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yükün olduğu avtomobil karvanının hərəkəti videogörüntülərdə qeydə alınıb.Yük maşınlarının üzəri örtülsə də, onların hərbi məqsəd daşıdığı aydın görünür.
Bildirilib ki, silah göndərən tərəf son vaxtlar Ermənistanın hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır. Məlumatlara görə, Ermənistan Hindistanla 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb.
Bununla bağlı olaraq, iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Hacıyev Ermənistanla Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsindən Azərbaycanın narahatlığını Hindistan səfirinə çatdırıb.
Hacıyev bildirib ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə silah tədarükü Ermənistanın militarizasiyasına xidmət edir və vəziyyətin gərginləşməsinə yol açır, Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir.
Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi “Bandunq prinsipləri” ilə uyğun gəlmir.
Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana silah tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.
Ermənistanın Hindistandan silah alması İrəvanın yeni təxribatlara hazırlaşdığını söyləyəmə əsas verir.
Bizim.Media-ya açıqlama verən politoloq Əlimusa İbrahimovun fikrincə, Hindistanın Ermənistana silah satması danışıqları bir qədər çətin vəziyyətə salacaq, arxasında güc hiss edən İrəvan çətin mühasib olacaq:
“Ermənistan uzun müddətdir ki, Hindistandan silah alır. Artıq 400 milyon dollarlıq silahı Hindistanın İran vasitəsilə Ermənistana göndərməsi barədə məlumatlar da var. Təbii ki, bu da Azərbaycan tərəfi narahat edir.
Sülh müqaviləsinin imzalanması ərəfəsində belə hərəkətlərə gedilməsi prosesə müəyyən mənada problem də yarada bilər. Ona görə də Azərbaycan tərəfi buna reaksiya verərək, mövcud vəziyyətdə atılan belə addımların düzgün olmadığını Hindistanın diqqətinə çatdırıb.
Bu addım sülh müqaviləsini poza və Ermənistanı yeni təxribatlara sövq edə bilər.
Hindistanın Ermənistana silah satması danışıqları bir qədər çətin vəziyyətə salacaq, arxasında güc hiss edən İrəvan çətin mühasib olacaq.
Bu fonda da Azərbaycanın prosesdən narahat olmasına əsas var. Amma bununla belə, hesab etmirəm ki, bu hadisə ölkəmiz üçün ciddi təhlükə olsun. Çünki Hindistanın Ermənistana verdiyi silahlar hazırda Azərbaycanın əlində olduğu silahların yanında heç nədir. Ermənistan silahlanmaya 400 milyon xərcləyirsə, Azərbaycan 4 milyard dollar xərcləməyə qadirdir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
09:00 / 28.07.2023
Ermənistan yeni TƏXRİBAT HAZIRLIĞINDA – Hindistandan gələn silahlar harada İSTİFADƏ OLUNACAQ?
Hazırda oxunan: Ermənistan yeni TƏXRİBAT HAZIRLIĞINDA – Hindistandan gələn silahlar harada İSTİFADƏ OLUNACAQ?
Hazırda oxunan: Ermənistan yeni TƏXRİBAT HAZIRLIĞINDA – Hindistandan gələn silahlar harada İSTİFADƏ OLUNACAQ?
148226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.