Ermənistanın İskəndər raketləri “yırtıq şalvarlı, ayağıyalın insan üçün frak”a bənzədildi

Ermənistanın İskəndər raketləri “yırtıq şalvarlı, ayağıyalın insan üçün frak”a bənzədildi

Hazırda oxunan: Ermənistanın İskəndər raketləri “yırtıq şalvarlı, ayağıyalın insan üçün frak”a bənzədildi

14723

Rusiyanın kütləvi informasiya vasitələri Qarabağ müharibəsindən çıxarılmalı olan dərsləri önə çəkərək, Ermənistanın səhvlərinin Rusiya tərəfindən təkrarlanmaması üçün həyəcan təbili çalır.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun - BSAİ (International Institute for Strategic Studies) saytında dərc edilmiş “Dağlıq Qarabağ dərslərini Rusiya yolu ilə öyrənmək” adlı məqalədə qeyd olunur ki, 44 günlük müharibədə Ermənistanın ən böyük səhvlərindən biri öz təbliğatına inanmaq idi.

 

MÖVZU İLƏ BAĞLI:

“İskəndər” raketi Bakıya atılıbmış – İngilis mətbuatı şok faktlar açıqladı


“Rusiyalı ekspertlər müxtəlif nəşrlərdə Ermənistanın 1994-cü ildən bəri etdiyi səhvi önə çəkir. Onlar bildirirlər ki, ermənilər öz təbliğatlarına inanır, hərbi potensiallarının qiymətləndirilməsi zamanı ciddi təhriflərə yol verirlər".

"Azərbaycan müharibəyə hazırlaşdığı bir vaxtda Ermənistan sanki parada hazırlaşırdı”, -deyə yazıda bildirilir.

Bununla yanaşı, məqalənin müəllifi Aleksandr Stronell Ermənistan hökumətinin yanlış silahlandırma siyasətini də qeyd edib.

“Ermənistan siyasi rəhbərliyi hərbi satınalmalar məsələsində də ciddi yalnışlıqlara yol verib. Məsələn, Ermənistan İordaniyadan köhnə sovet dövrünə aid Havadan Müdafiə Sistemləri əldə edib ki, onların da müasir PUA-lara qarşı effektiv olmadığı heç kəs üçün sirr deyil".

"Rusiyadan alınan “İskəndər” raketlərinə gəlincə isə, bu silah Ermənistan Silahlı Qüvvələri üçün faktiki olaraq, heç bir hərbi dəyərə malik deyil və yırtıq şalvarlı, ayağıyalın insan üçün fraka bənzəyir”, - deyə məqalədə vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO