ATƏT-in baş katibi Helqa Şmid Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Mirzoyan: “Türkiyə ilə danışıqları davam etdirməyin vaxtıdır”
Məlumata görə, görüş zamanı regional gündəliyin əsas məsələləri müzakirə edilib, mövcud çağırışlar qarşısında ATƏT-in fəaliyyəti və rolu ilə bağlı fikir mübadiləsi aparılıb.
A.Mirzoyan ATƏT-in baş katibini Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti, habelə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində son hadisələr barədə məlumatlandırıb.
Bizim.Media