İranda “əxlaq polisi” fəaliyyətini bərpa etdi

İranda “əxlaq polisi” fəaliyyətini bərpa etdi

Hazırda oxunan: İranda “əxlaq polisi” fəaliyyətini bərpa etdi

146715

İranda 22 yaşlı Məhsa Əmininin öldürülməsindən 10 ay sonra “əxlaq polisi” yenidən fəaliyyətini bərpa edib. Hazırda hicab qanununu pozanları aşkar etmək üçün müşahidə kameralarından da istifadə edilir.

Bizim.Media xatırladır ki, Məhsa Əmininin ölümü ilə başlayan etirazlar sərt repressiyalardan sonra yatırdılıb. 

Həmin hadisələr nəticəsində 500-dən çox insan öldürülüb, 20 min nəfər saxlanılıb. ABŞ və Avropa ölkələri İran polisinə və hüquq-mühafizə orqanlarının yüksək rütbəli nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

Etirazlar başlayandan bir neçə gün sonra İranda “əxlaq polisi”nin Məhkəmə Sisteminə aidiyyəti olmadığı üçün fəaliyyəti dayandırıldığı bəyan edib. İndi isə fəaliyyəti bərpa olunub. 

Məlumatı İranın Baş prokuroru Məhəmməd Cəfər Montəzeri də təsdiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO