Ermənistan televiziyası

Ermənistan televiziyası "Arsax" adından istifadə etməyi dayandırdı

Hazırda oxunan: Ermənistan televiziyası "Arsax" adından istifadə etməyi dayandırdı

145598

Ermənistanın İctimai Televiziyası "Arsax" adından istifadə etməyi dayandırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə qondarma rejimin Ombudsmanı Geqam Stepanyan "Facebook"da yazıb.

Onun sözlərinə görə, həmişə İctimai Televiziyada "Arsax" adından istifadə olunurdu, artıq "Dağlıq Qarabağ" adından istifadə edilir. 

Ombudsman həmçinin qeyd edib ki, qondarma "Arsax" Konstitusiyasına görə, "Arsax Respublikası"nın "Dağlıq Qarabağ" Respublikası ilə adları eynidir. Heç olmasa, bunların ikisindən də istifadə edilsin.
"İctimai Televiziya artıq heç "respublika" sözünü də işlətmir", - Ombudsman Geqam Stepanyan bunun üçün İctimai Televiziyaya qəzəbini də gizlətməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO