İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı ALINDI - FOTO 

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı ALINDI - FOTO 

Hazırda oxunan: İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı ALINDI - FOTO 

145215

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin(DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. 

Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Qeyd edilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində iyul ayının 7-də saat 22:40-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 4 kiloqram 372 qram narkotik vasitə marixuana, 78 qram heroin və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1920 ədəd “preqobalin - 150” həbi aşkar olunaraq götürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO