“Düşmən bizi artıq içimizdə ələ keçirib” – Ermənistanın ilk Ombudsmanı

“Düşmən bizi artıq içimizdə ələ keçirib” – Ermənistanın ilk Ombudsmanı

Hazırda oxunan: “Düşmən bizi artıq içimizdə ələ keçirib” – Ermənistanın ilk Ombudsmanı

14493

“Hamı deyir ki, vətəndaş Nikol Paşinyan baş nazir postunu tutmağa davam edərsə, düşmən kənardan girib bizi ələ keçirə bilər. Mənim isə fərqli fikrim var”.

Bizim.Media xəbər verir ki, bu sözləri  jurnalistlərə Ermənistanın ilk İnsan Hüquqları Müdafiəçisi Larisa Alaverdyan deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Göyçə gölünün sahilində aeroport tikəcək – TƏKLİF


Onun dediyinə görə, düşmən bizi artıq içimizdə ələ keçirib.

“Xaricdən təhlükə gözləyirik, amma 9 noyabrdan sonra Qarabağda başlayan şey Ermənistanda davam edir. Azərbaycan və Türkiyə beynəlxalq ictimaiyyətin dediklərinə baxmayaraq istədiklərini edirlər. Onlar mövcud hökumət və Ermənistan parlamentinin hakim fraksiyası ilə əməkdaşlıq edirlər.

Bu baxımdan nəinki hakimiyyət, hətta Ermənistan da zəbt edilib. Onlar Türkiyə və Azərbaycanın müttəfiqi olan “Mənim addımım” fraksiyası tərəfindən tutulub”. Larisa Alaverdyan belə deyib. 

Birinci Ombudsmanın sözlərinə görə, biz ayıqlığımızı itirdik və daxildə nə baş verdiyini anlamırıq:

“Türkiyə və Azərbaycan Ermənistana qarşı hücum etmək üçün bəzi addımlar atmalıdır, lakin bu, kənardan edilməyəcək, daxildə baş verəcək. Bunu içimizdəkilər təşkil edəcək”. 

O, hesab edir ki, əslində dövlətçilik əldən gedib, indi dövlətin və ölkənin ələ keçirilməsi həyata keçiriləcək.

Alaverdyan bu nəticəyə gəlmək üçün bütün addımları analiz etdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO