Ermənistana NÖVBƏTİ ZƏRBƏ – Avropa İttifaqı İrəvanı niyə CƏZALANDIRDI?

Ermənistana NÖVBƏTİ ZƏRBƏ – Avropa İttifaqı İrəvanı niyə CƏZALANDIRDI?

Hazırda oxunan: Ermənistana NÖVBƏTİ ZƏRBƏ – Avropa İttifaqı İrəvanı niyə CƏZALANDIRDI?

144903

Avropa İttifaqı (Aİ) Ermənistana Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib.

Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib. O, Polşaya səfəri zamanı Prezident Andjey Duda ilə görüşdə Aİ-nin qərarından şikayət edib.

Bildirib ki, Ermənistan hökuməti, inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) “texniki yardım” istəyib. Bu mexanizm vasitəsilə Aİ Ukrayna, Moldova və Gürcüstana yardım ayırır.

“Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib”, – deyə Simonyan vurğulayıb.

Bu açıqlamadan göründüyü kimi, İrəvanın əli Avropadan da üzüldü. Avropa İttifaqı da Ermənistana hərbi yardım göstərməkdən imtina etdi. 

Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimovun fikrincə, Avropa İttifaqının Ermənistana hərbi yardım göstərməkdən imtina etməsi İrəvanın son zamanlar Rusiya ilə yaxınlaşması və qurumun dediyi istiqamətdə getməməsilə əlaqədardır:

“Aİ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında İrəvanın qeyri-konstruktiv rol tutduğunu görür.

Digər tərəfdən, İrəvan Rusiyaya sanksiyalardan qaçmaqda yardım etməklə Aİ-nin qınağına tuş gəlib. Ona görə də qurum onu cəzalandırmaqla bağlı qərar qəbul edib. 

Hətta Ermənistanın bir sıra şirkətlərinə sanksiyalar tətbiq edilib. Qərb İrəvanın Rusiyaya sanksiyalardan qaçmağa yardım etməsini bağışlamır. Aİ-nin tərəfdaşların müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina etməsi də məhz Rusiya ilə bağlı kontekstdən qaynaqlanır”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO