Ermənistan liderləri ilə Qarabağ separatçılarının nümayəndələri arasındakı uçurum Qarabağ probleminin müzakirəsi zamanı yaranıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və İctimaiyyətlə Əlaqələr Daimi Komissiyasının sədri Taquhi Tovmasyan parlamentdə jurnalistlərə bildirib.
Bir müddət əvvəl separatçıların “deputatı” Metakse Akopyan bildirmişdi ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Laçın yolunun "blokadasından” sonra Qarabağdakı “həmkarı” Artur Tovmasyan ilə danışmayıb.
Simonyan bu məlumatı təkzib edərək, “mütləq yalan” adlandırıb. Daha sonra bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ofisindən də təkzib gəlib.
Öz növbəsində Tovmasyan Ermənistan hakimiyyətini separatçılarla əlaqələri pozmağa cəhddə ittiham edib. O, qeyd edib ki, kimin kimə neçə dəfə zəng etməsi, zəng edənlərə cavab verilib-verilməməsi barədə məlumatı yoxdur.
Onun sözlərinə görə, bütün faciə ondadır ki, “xalqın Qarabağ münaqişəsi ilə bağlı vahid fikri yoxdur”.
“Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları arasındakı fikir ayrılığı əlaqələrinin kəsilməsi ilə nəticələnib”, - Tovmasyan bildirib.
Bizim.Media