Ermənistanın daha bir gizli planı ÜZƏ ÇIXDI - DETALLAR

Ermənistanın daha bir gizli planı ÜZƏ ÇIXDI - DETALLAR

Hazırda oxunan: Ermənistanın daha bir gizli planı ÜZƏ ÇIXDI - DETALLAR

143772

Baş nazir Nikol Paşinyan İrəvanda Yunanıstan-Kipr-Ermənistan üçtərəfli sammitinə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. 

Məlumatda deyilir ki, Nikol Paşinyan Yunanıstanda keçirilən parlament seçkilərində qəti qələbə qazanması münasibətilə Yunanıstan Respublikasının baş naziri Kiriakos Mitsotakisə təbrik məktubu göndərib.

Məktubda erməni və yunan xalqları arasında “çoxəsrlik dostluq” ənənələrindən, “mükəmməl ikitərəfli əməkdaşlıq”dan bəhs edən erməni baş nazir yaxın gələcəkdə bu münasibətələrə yeni təkan olacaq addımlar atmağa hazır olduğunu bildirib:

“Bu məqsədlə, biz yaxın vaxtlarda İrəvanda Yunanıstan-Kipr-Ermənistan üçtərəfli sammitini keçirməyə hazır olduğumuzu təsdiqləyirik”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO