İrəvanın ikiüzlü siyasəti: Rusiya ilə dostluq edir, həm də ona qarşı çıxır

İrəvanın ikiüzlü siyasəti: Rusiya ilə dostluq edir, həm də ona qarşı çıxır

Hazırda oxunan: İrəvanın ikiüzlü siyasəti: Rusiya ilə dostluq edir, həm də ona qarşı çıxır

140910

Ermənistanın baş naziri Nikol Paşinyanın  Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü formal xarakter daşıyıb.  Belə qənaətə internet resursları gəlib.  Ancaq bundan əvvəl tərəflər arasında ikitərəfli və regional gündəliyə aid məsələlərlə yanaşı, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının məsuliyyət zonasında vəziyyətin müzakirə ediləcəyi də planlaşdırılmışdı.

Ermənistan-Rusiya münasibətlərindəki hazırkı gərginliyi nəzərə alsaq, Paşinyan görüşdən sonra bir sıra narahatedici məsələlərlə bağlı açıqlama verməyə məcbur olub.

Bizim.Media xəbər verir ki, bu fikirlər caliber.az saytının hazırladığı təhlildə yer alıb.

Mənbə xatırladır ki, son vaxtlar Ermənistan rəsmiləri İrəvanın ən yaxın müttəfiqi olan Moskvaya qarşı sərt bəyanatlar səsləndirirlər. Moskva da buna biganə qalmır, qəti cavabını verir. 

Rusiya artıq rəsmi səviyyədə öz Xarici İşlər Nazirliyi vasitəsilə İrəvanın ABŞ və Aİ-yə diqqətini artırmasından, yəni Ermənistanın  özünü Qərbə yönəltməyə çalışmasından narazılığını birmənalı şəkildə bildirir.  

Bu isə Moskvanı qane etmir, tələb edir ki,  əvvəlki forpost kimi qalmaq istəyirsə, Moskva ilə eyni xarici siyasət kursunda qalmalıdır. Birinci şərt budur.

İkincisi, Kreml Qərbi inandırmağa çalışır ki, Ermənistan-Azərbaycan danışıqlarında əsas moderator məhz Rusiyadır və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yalnız 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanat əsasında nail olmaq olar.

Yəni eksklüziv olaraq Rusiya trekində. Moskva bilir ki, bu razılaşmalara əməl etməkdən boyun qaçıran Ermənistandır, ona görə də Paşinyan Soçidə bir daha belə saxta arqumenti gündəmə gətirib ki, guya Azərbaycan müqavilələrə əməl etməkdən yayınır. Buna misal kimi, Laçın dəhlizindəki “vəziyyəti” və “Qarabağ ermənilərinin "blokadasını" qabardır. 
Şübhə yoxdur ki, Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyanın efirində son günlər Moskva ilə bağlı səsləndirdiyi xoşagəlməz bəyanatlara görə özünə haqq qazandırır. Rusiya Xarici İşlər Nazirliyi isə bu bəyanatı təxribat xarakterli adlandırıb. 

Qriqoryan deyib ki, Azərbaycanla iqtisadi-nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasından sonra Ermənistanın sərhəd və gömrük keçid məntəqələrinə Rusiya Federasiyası nəzarət etməyəcək.

Rəsmi Moskva isə öz xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dili ilə erməni məmuru məzəmmət edərək, məsələnin əsaslı şəkildə Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinləri tərəfindən işləndiyini bildirib.

Bu isə o deməkdir ki, bu, məsələ Qriqoryanın səlahiyyətində deyil. Yəni nəzəri cəhətdən Moskva bu məsələni qapadıb. 

Və daha bir vacib nüans. Əgər əvvəllər Moskva Ermənistandan vaxtaşırı eşidilən anti-Rusiya bəyanatlarına kifayət qədər təmkinli reaksiya verirdisə, indi onun səbr kasası tükənib. İrəvan isə yeganə müttəfiqini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Baş nazir, çox güman ki, Ermənistan üçün yaranmış vəziyyətin kövrəkliyindən xəbərdardır, baxmayaraq ki, o, həm Qərb rəsmiləri, həm də Rusiya rəhbərliyi ilə görüşlərdə özünü küsəyən kimi aparır.  Yəni situasiyanın təhlükəsini anlayaraq  hər iki tərəfə xidmət edir və ikili oyun oynayır.

Yeri gəlmişkən, Paşinyanın ikili siyasətinin bariz nümunəsi əvvəlcə onun mayın 9-da Moskvadakı paradda, ondan sonra isə Kişinyovda keçirilən Avropa sammitində iştirakı olub.

Yəni, Paşinyan bir tərəfdən qərbyönlü demokrat rolunda çıxış etməyə çalışır, digər tərəfdən isə Rusiya maraqlarının tərəfdarı imicini özündə saxlayır. Digər erməni rəsmiləri də analoji davranış nümayiş etdirirlər. ABŞ və Aİ-yə gedərək Rusiya Federasiyasının siyasətini tənqid edirlər, sonra Moskvaya gələndə onun maraqlarından çıxış etdiklərini bildirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO