İranda itkin düşən azərbaycanlı tələbə casusluqda ittiham olunur

İranda itkin düşən azərbaycanlı tələbə casusluqda ittiham olunur

Hazırda oxunan: İranda itkin düşən azərbaycanlı tələbə casusluqda ittiham olunur

139205

İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə apa-ya açıqlamasında anası Dilarə Əsgərova məlumat verib. 

O bildirib ki, Fərid Səfərlini İranda həbs edilib:

"Bu gün Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Hazırda biz Fəridlə görüş tələb edirik. Konsuluğumuz da bu barədə İranın adiyyati qurumlarına müraciət edib". 

Dilarə Əsgərova qeyd edib ki, oğluna verilən ittiham əsassızdır:

"İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik". 

Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO