Paşinyandan etiraf: “Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir”

Paşinyandan etiraf: “Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir”

Hazırda oxunan: Paşinyandan etiraf: “Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir”

137350

"Türkiyədən gələn bütün siqnallar haqqında hər şeyi bilirsiniz". 

Bizim.Media xəbər verir ki, bunu mayın 22-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan "Ermənistan həqiqətən Araratla (Ağrı dağı) bağlı Türkiyədən müəyyən siqnallar alırmı?" sualını cavablandırarkən deyib.

Ararat və Araqats mövzusundan danışan Paşinyan məsələnin gündəmə gəlməsinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ilə bağlı olduğunu inkar etməyib.

“Türkiyədən gələn siqnalları hər kəs bilir. Amma bunu bir kənara qoyaq. İlk növbədə özümüz haqqında danışmalıyıq. Ararat və Araqatsdan danışanda mən suveren ərazimizi və suveren olmayan ərazini nəzərdə tuturam. Araqats Ermənistan Respublikasında, Ararat isə Türkiyə Respublikasında yerləşir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir yoxsa yaxşı? Əlbəttə, yaxşıdır. Dediklərimdə yenilik yoxdur. Bu haqda hökumətin 2021-ci il proqramında yazılıb.

Uşaqlarla görüşəndə müxtəlif mövzularda danışırıq. "Ermənistan Respublikasında ən hündür dağ hansıdır?" deyə soruşanda uşaqların çoxu “Ararat" cavabını verir. 

Gəlin, buna digər tərəfdən baxaq. Türkiyədə deyirlər ki, Ararat Türkiyənin beynəlxalq səviyyədə tanınan ərazisindədir. Məncə bu, bir faktdır.

Ermənistanda uşaqlar bu məlumatı məktəbdə necə öyrənirlər. Yaxşı, əgər bu uşaqlar indi Ermənistanda ən yüksək dağın Araqats deyil, Ararat olduğunu deyirlərsə, bu, Ermənistan Respublikasının Türkiyəyə qarşı ərazi iddialarının olması deməkdirmi? 
"Əgər İrəvanın Ankaraya qarşı ərazi iddiaları varsa, o zaman nə üçün Ermənistan Respublikasının hər hansı formada inkişafına dəstək verməliyik?" deyirlər. 

İndi sual olunur: Ermənistanın ən hündür dağı hansıdır? Ermənistanın ən hündür dağı Araqatsdır. Bu, faktdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO