Erməni jurnalist meydanda öldürüldü - İRƏVANDA ŞOK

Erməni jurnalist meydanda öldürüldü - İRƏVANDA ŞOK

Hazırda oxunan: Erməni jurnalist meydanda öldürüldü - İRƏVANDA ŞOK

13620

Tanınmış erməni jurnalisti və bir sıra hitlərin mətnlərinin müəllifi Sose Xanikyan öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia” nəşri yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvandan rəsmi açıqlama: “Bakıda yüzdən çox Ermənistan vətəndaşı var”


Mənbə yazır ki, hadisə martın 1-də İrəvan şəhərində Baqramyan prospektində baş verib. 35 yaşlı qadının qəza nəticəsində həlak olduğu deyilir. 

İnsident zamanı avtomobilin sürücüsü hadisə yerindən qaçmayıb, ona ilkin yardım göstərib və "Ermənistan" tibb mərkəzinə aparmağa kömək edib.

Mərhumun yaxınlarının sözlərinə görə, qadın etiraz aksiyasında iştirak edib və evə qayıdarkən avtomobil tərəfindən vurulub.

Qeyd edək ki, Ermənistanda Sose Seva Xanaqyanın ifa etdiyi "Artsax" mahnısının mətninin müəllifidir.

Qarabağ müharibəsi günlərində bu kompozisiya çox populyar olub. Xanikyan, həmçinin baş nazir Nikol Paşinyanın istefasına görə keçirilən aksiyalarda mütəmadi iştirak edirmiş.

O, son zamanlar "Qalaxsi" şirkətlər qrupunda kreativ şöbənin rəhbəri kimi çalışıb. Müxtəlif illərdə İctimai televiziya kanalında ssenari müəllifi və redaktor olub.

2019-cu ildə bəstəkar Komitas haqqında çəkilən "Vardapet" filmində baş redaktor kimi işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO