Anna Akopyan niyə rəsmi səfərə cins şalvar geyinib?

Anna Akopyan niyə rəsmi səfərə cins şalvar geyinib?

Hazırda oxunan: Anna Akopyan niyə rəsmi səfərə cins şalvar geyinib?

134876

"2023-cü il mayın 4-dən 6-dək Çexiyada rəsmi səfərdə olan Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın nümayəndə heyətinin tərkibinə onun həyat yoldaşı Anna Akopyan da daxil edilib. Diplomatik protokolda qəbul edilir ki, dövlət başçılarının dövlət və ya rəsmi səfərləri zamanı onu həyat yoldaşı (əri) müşayiət edə bilər. Ancaq bu, o vaxt reallaşa bilər ki, qarşı tərəf dövlət başçısının xanımını nümayəndə heyətinin tərkibinə protokola uyğun olaraq daxil etməlidir. Yeri gəlmişkən, qeyri-rəsmi səfərlər zamanı Nikol Paşinyanın başçılıq etdiyi rəsmi nümayəndə heyətlərinin tərkibində çox vaxt Anna Akopyanla yanaşı uşaqları da olub".

Bizim.Media xəbər verir ki, bu fikirləri ictimai-siyasi xadim, Ermənistanın Polşadakı sabiq səfiri, Vayots Dzor vilayətinin keçmiş qubernatoru Edqar Qazaryan özünün Facebook səhifəsində yazıb. 

Onun sözlərinə görə, indiki məqamda digər reallıqlar müşahidə edilir:

"Baş nazirin rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin tərkibində olan Anna Akopyan Nikol Paşinyanın səfəri zamanı heç bir rəsmi görüşdə və ya qəbulda iştirak etməyib".

Edqar Qazaryan qeyd edib ki, Çex Respublikasının liderlərindən heç biri (prezident, baş nazir, parlament palatalarının rəhbərləri) həyat yoldaşları və ya ərləri ilə görüşlərdə olmayıb:

"Anna Akopyan, həmçinin erməni icmasının nümayəndələri ilə görüşlərdə də ərini müşayiət etməyib".

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın Qətər Dövlətinin Parlamentinə cins şalvar, idman ayaqqabısı ilə getməsindən sonra baş nazir Nikol Paşinyanı müşayiət edən qadın (Anna nəzərdə tutulur) rəsmi Praqa səfərində cins şalvarla fəxri qarovul dəstəsi qarşısından keçib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO