\

\"Real Madrid\" öz meydanında iki xal itirdi

Hazırda oxunan: \"Real Madrid\" öz meydanında iki xal itirdi

13479

Futbol üzrə İspaniya La Liqasında XXV turunun matçında “Real Madrid" "Real Sosedad"la üz-üzə gəlib.

Bizim.Media xəbər verir ki, görüş Madriddə "Alfredo di Stefano" stadionunda baş turub və 1:1 hesabı ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 55-ci dəqiqədə "Real Sosedad"ın hücumçusu Portu açıb. Kral klubu bu dəqiq zərbəyə yalnız 89-cu dəqiqədə cavab verə bilib - Vinisius Junior hesabı bərabərləşdirib.

"Real Madrid" 25 matçda 53 xal yığaraq İspaniya La Liqasının yarış cədvəlində üçüncü yer tutur. "Real Sosedad" 42 xalla beşinci yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO