“Metsamor bağlanmır, yayılan söhbətlər fərziyyədir” - İrəvandan rəsmi açıqlama

“Metsamor bağlanmır, yayılan söhbətlər fərziyyədir” - İrəvandan rəsmi açıqlama

Hazırda oxunan: “Metsamor bağlanmır, yayılan söhbətlər fərziyyədir” - İrəvandan rəsmi açıqlama

13433

Ermənistan Atom Elektrik Stansiyasının (“Metsamor”) və Rusiyanın "Rosatom" dövlət korporasiyasının mütəxəssisləri stansiyada nüvə reaktorunun qoruyucu qatını gücləndirmək istəyirlər.

Bizim.Media xəbər verir ki, bu barədə stansiyanın direktoru Movses Vardanyan “Sputnik Ermənistan”a verdiyi müsahibəsində stansiyanın əsaslı təmirini şərh edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

1000 nəfər polis Paşinyana kömək üçün Qarabağdan İrəvana aparıldı


Onun sözlərinə görə, təmirdən sonra stansiya ən azı 2026-cı ilin sonunadək işləyəcək və bu müddətin uzadılması ehtimalı da var.

Vardanyan “Metsamor”un bağlanması haqda yayılan informasiyalara da aydınlıq gətirib. 

O, hesab edir ki, Avropa Birliyi atom elektrik stansiyasının bağlanmasını tələb etməyib, üstəlik istismar müddətinin uzadılması işində iştirak edib:
 

“Əsas iş əvvəlki kimi, “Rosatom” korporasiyasından olan həmkarları ilə birlikdə erməni energetiklər tərəfindən aparılır”.


“Biz sadəcə işləməyə davam edirik, belə söhbətlər və ya fərziyyələr barədə eşitmək belə istəmirik". Vardanyan belə deyib.

Direktor əlavə edib ki, 2021-ci ildə stansiyada təmir işləri əsasən reaktorda aparılacaq:

“Burada qoruyucu qatın (reaktoru və nüvə proseslərini ətrafdan təcrid edən) keyfiyyəti xüsusi üsulla yaxşılaşdırılacaq. Bu da qurğunun nəzərdə tutulduğundan daha uzun müddət dayanmasına imkan verəcək.
 

2026-cı ildən sonra da stansiyanın istismar müddətinin uzadılması imkanları araşdırılacaq. Rusiya bu texnologiyada dünya liderlərindən biridir. “Rosatom” atom elektrik stansiyalarının ömrünü uzatmaq üçün uğurlu işlər görüb”.


Vardanyan vurğulayıb ki, təxminən iki həftə əvvəl slovakiyalı mütəxəssislər stansiyanı ziyarət ediblər:

“Bu il üçün iş planı hazırlanıb. Əlavə olaraq, Avropa Birliyinin dəstəyi ilə stansiyada gözləmə rejimində olan dizel generatorları quraşdırılacaq”.

"Sabah “Rosatom”dan böyük bir qrup, bir neçə şirkətin nümayəndələri bura gələcək. Cədvələ uyğun olaraq planlı təmir işləri ilə bağlı məsələlərin bölüşdürülməsini müzakirə edəcəyik", deyə Vardanyan bildirib.
 

“Ermənistan və Avropa Birliyi arasında Hərtərəfli Tərəfdaşlıq Sazişi bağlandıqdan sonra, belə informasiya yayılıb ki, guya Ermənistan stansiyanı bağlamaq barədə öhdəlik götürüb.


Ancaq müqavilədə bu barədə heç bir maddə yazılmayıb, bağlanmaq haqda son tarix də göstərilməyib. Yalnız stansiyanın Ermənistana nə qədər fayda verə biləcəyi və yenisi ilə necə əvəz olunacağı yazılıb.

Yeni stansiyada da nüvə ola bilər. Razılaşmada bu haqda heç bir məhdudiyyət qoyulmayıb”, deyə Vardanyan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO