İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı - SƏBƏB

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı - SƏBƏB

Hazırda oxunan: İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı - SƏBƏB

13350

Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 

Türkiyənin Tehrandakı səfiri Derya Örs, daxili işlər naziri Süleyman Soylunun terror təşkilatı PKK-nın İrandakı varlığı ilə əlaqədar açıqlamalarına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.

 

MÖVZU İLƏ BAĞLI:

CHP-li millət vəkili partiyadan istefa verdi


Rəsmi mətbuatda yer alan xəbərlərə görə İran səlahiyyətliləri nazir Soylunun açıqlamalarını "qəbuledilməz" hesab edərək Tehran rəhbərliyinin etirazını səfir Örs-ə çatdırıb.

İranın Ankaradakı səfiri Ferazmend Xarici İşlər Nazirliyinə dəvət edilib. İran Xarici İşlər Nazirliyi ayrıca Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldızın açıqlamalarını əsassız hesab edib və tənqid edib.

Dünən İranın İraqdakı səfiri İrec Mescid Türkiyəni İraqın suverenliyini pozmaqda ittiham edib və Türkiyəni İraqdakı qoşunlarını çıxarmağa çağırıb. O, bu çağırışına görə Türkiyə Xarici İşlər Nazirliyinə çağrılmışdı.

Türkiyə XİN-də səfir M. Ferazmendə bildirilib ki, Ankara Tehrandan terrorizmlə mübarizəyə qarşı çıxmaq deyil, terrorizmlə mübarizədə dəstək gözləyir.

Səfirə bildirilib ki, iraqlı həmkarının səsləndirdiyi ittihamlar Türkiyə tərəfindən qətiyyətlə rədd edilir, çünki Türkiyənin apardığı hərbi əməliyyatlar İraqın sabitliyinin bərpası, təhlükəsizlik və suverenliyini hədəf alan PKK ünsürlərinə qarşı mübarizə məqsədi daşıyır.

Həmçinin nəzərə çatdırılıb ki, bu, İraq rəsmi dairələrinə məlumdur və Türkiyə ilə İraq arasında son zamanlar keçirilən yüksək səviyyəli görüşlər də buna nümunədir.
 

Türkiyə XİN-in xəbərdarlığında həmçinin qeyd olunub ki, səfir İ.Məscidinin həmin müsahibəsində İraqda PKK-nın mövcudluğu haqqında heç bir fikir bildirilməyib, halbuki rəsmi İraqın terrorla mübarizəsinə hər iki ölkənin dəstək verməsi vacibdir.


Qeyd edək ki, Türkiyə mütəmadi olaraq İraqın şimalındakı PKK terror təşkilatının bazalarının məhv ediməsi ilə bağlı əməliyyatlar aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO