Ermənistan dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilə bilər

Ermənistan dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilə bilər

Hazırda oxunan: Ermənistan dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilə bilər

130993

İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insident səbəbindən Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər. 

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Atletlərimiz hava limanında BELƏ QARŞILANDI - VİDEO


"Ən acınacaqlı hal odur ki, biz az qala dünən, hətta hadisədən əvvəl 2024-cü il dünya çempionatına ev sahibliyi etmək hüququnu aldıq. Bu, bizim üçün müstəsna bir fürsət olardı", - deyə Giloyan bildirib. 

Qeyd edək ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb.  
Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO