Paşinyana çətir atan qadına ittiham irəli sürülüb

Paşinyana çətir atan qadına ittiham irəli sürülüb

Hazırda oxunan: Paşinyana çətir atan qadına ittiham irəli sürülüb

130828

Ermənistan baş naziri Nikol Paşinyana çətir atan Narine Asatryana qarşı məmurun xidməti və ya siyasi fəaliyyətinə müdaxilə etmək məqsədilə ona qarşı zorakılıq tətbiq etməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Görüşdə Paşinyana çətir atdılar


Qeyd edək ki, 47 yaşlı qadın aprelin 10-da Vayotsdzor vilayətinin Malışka icmasındakı fərdi evlərdən birinin həyətində Ermənistan hökumətinin başçısına çətir atıb. Baş nazirin mühafizəçiləri qadını hadisə yerindən uzaqlaşdırıblar. 

O, saxlanılaraq ibtidai istintaq orqanına aparılıb. Daha sonra Ermənistan Cinayət Məcəlləsinin 44-452-ci maddəsi (vəzifəli şəxsin xidməti və ya siyasi fəaliyyətinə müdaxilə etmək məqsədilə ona qarşı zor tətbiq etməyə cəhd) ilə iş açılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO