Ermənistan baş naziri Nikol Paşinyan Respublika meydanında tərəfdarlarının qarşısına çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armenia” nəşri yayıb.
"Birincisi, hər zaman toqquşma təhlükəsi var. Ancaq hamımız razılaşmalıyıq ki, bu, Ermənistan Respublikasında olmamalıdır. Ən əsası hamımızın sakit olmağımızdır. Ölkədə düşmənimiz yoxdur. Bu, ən vacib həqiqətdir. Ancaq müzakirə ediləsi çox suallar var” deyib Paşinyan.
Ermənistan Silahlı Qüvvələrinin indi kimin nəzarətində olduğu barədə suala Paşinyan “Xalqa və Baş nazirə” cavabını verib.
"Başqa variant yoxdur". Paşinyan qeyd edib.
Onun sözlərinə görə, çevriliş təhlükəsi “idarəolunan”dır.
"Düşünürəm ki, bu, emosional bir reaksiyadır. Və qardaşlarımıza qarşı sərt davranmamalıyıq”.
Bizim.Media