Yunanistan Türkiyədən Ayasofyaya muzey statusunun geri qaytarılmasını xahiş edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan bir sıra beynəlxalq təşkilatlarla birlikdə Bizans memarlıq abidəsi olan İstanbuldakı Ayasofyaya muzey statusunun geri qaytarılmasını xahiş edib.
MÖVZU İLƏ BAĞLI:
Qərb və şərq mədəniyyətinin ecazkar sintezi - FOTOLAR
Bunu BMT İnsan Haqları Şurasının 46-cı iclasının yüksək səviyyəli seqmentində çıxış edən Yunanıstan xarici işlər naziri Nikos Dendias söyləyib.
Sessiya BMT-nin mətbuat xidməti tərəfindən canlı yayımlanır.
Dendias mədəni irsin qorunması və hüquqları məsələsinin Yunanıstan üçün xüsusilə vacib olduğunu bildirib.
Alçina Amilqızı, Bizim.Media