"Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırıq" – Ermənistan XİN

Hazırda oxunan: "Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırıq" – Ermənistan XİN

126993

"Ermənistan bütün kommunikasiya əlaqələrini açmağa hazırdır".

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin “Əl Qahirə nuys” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə Bakı və İrəvan arasında müzakirələrin fərqli komponentləri var:

“Birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü isə sülh sazişidir”.

Nazirin sözlərinə görə, kommunikasiya məsələsində mövqelər üst-üstə düşür.

“2020-ci ildə baş vermiş müharibədən sonra sülh müqaviləsi ilə bağlı Azərbaycanla danışıqlar davam edir”, - deyə A.Mirzoyan söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO