Ermənistanda sabiq deputat TUTULDU

Ermənistanda sabiq deputat TUTULDU

Hazırda oxunan: Ermənistanda sabiq deputat TUTULDU

125102

“Çiçəklənən Ermənistan” partiyasından olan sabiq deputat, İrəvan Dövlət Universitetinin siyasi hüquq kafedrasının dosenti Gevorq Petrosyan saxlanılıb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə informasiyanı onun vəkili Raffi Aslanyan yayıb.

Onun sözlərinə görə, sabiq deputat zorakılıq tətbiq etməkdə və Patrul Xidmətinin işinə müdaxilə etməkdə şübhəli bilinir.

Vəkil özünün “Facebook” səhifəsində yolda baş verən insidentin videoyazısını təqdim edərək qeyd edib ki, görüntülərdə çəkilən hərəkət Q.Petrosyanın ittiham olunduğu cinayətin əlamətləri ilə üst-üstə düşmür:
“Patrul Xidmətinin əməkdaşları kobud şəkildə onun yolunu kəskin şəkildə kəsərək, idarə etdiyi avtomobili saxlayıb, əsassız olaraq, onu maşından düşürməyə cəhd ediblər və bunu  qanun pozuntusu ilə izah ediblər. Buna görə də Q.Petrosyan onların yanından keçərək avtomobilini bir neçə yüz metr aralıda yerləşən həyətində saxlayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO