Ermənistan KTMT-dəki statusunu aşağı salır - Rəsmi İrəvan

Ermənistan KTMT-dəki statusunu aşağı salır - Rəsmi İrəvan

Hazırda oxunan: Ermənistan KTMT-dəki statusunu aşağı salır - Rəsmi İrəvan

125072

Ermənistan faktiki olaraq müstəqil şəkildə KTMT-dəki statusunu aşağı salır. İrəvan hərbi quruma baş katibin müavininin kvotasından imtina etmək təklifini təqdim edib. 

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib. 

O, belə qərarın təfərrüatları və səbəbləri barədə heç nə deməyib, baxmayaraq ki, bu addım prinsipcə Ermənistanın hakim komandasının uzun müddətdir nümayiş etdirdiyi KTMT-yə münasibətə uyğundur. 
Yanvarın əvvəlində baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-nin Çevik Reaksiya Kollektiv Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini öz ərazisində keçirməkdən imtina etdiyini xatırlatmaq yerinə düşər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO