Ermənilər Azərbaycanın ərazi bütövlüyünün tanınmasını, mübahisəli durumun tezliklə başa çatmasını istəyirlər.
Bizim.Media “Sputnik.Armeniya” istinadən xəbər verir ki, bu barədə Ermənistan əhalisi arasında sorğu keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzurda ermənilər daha bir kənddən çıxırlar
Sorğunun nəticələrinə görə, əhalinin 3.1 %-i Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağı təhvil verməklə münaqişəyə son qoyulmasının tərəfdarıdır.
27 %-dən çoxu isə mövcud sərhədlərlə tez razılaşmağın lazım olduğun, əks-təqdirdə revanşist meyillərin Ermənistan üçün ağır fəlakətlərə yol açacağını deyiblər.
Bundan başqa sorğunun nəticələri göstərib ki, ermənilərin baş nazir Paşinyana qarşı etiraz etmələrinə baxmayaraq, rəyi öyrənilənin 38.3 %-i onun hakimiyyətdə qalmasının lehinədir, 17 %-dən çoxu isə cavab verməkdən yayınıb.
Təxminən burdan belə qənaətə gəlmək olar ki, 55 %-ə qədər rəyçi Paşinyanın getməsini istəmir.
Sorğunun başqa nəticlərinə görə, erməni xalqı keçmişdə hakimiyyətdə olan qüvvələrə də bel bağlamırlarSörğu iştirakçılarının 27.2 %-i ölkədə seçkilər keçirilərsə ümumiyyətlə heç kəsə səs verməyəcəklərini bildiriblər.
Vüsalə Balayeva, Bizim.Media