Molla rejimi özünün getdikcə genişlənən anti-Azərbaycan təbliğatına ölkədə yaşayan erməniləri də cəlb etməyə başlayıb.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə "vank.ir" saytında məlumat verilib.
Belə ki, İranın İsfahan şəhərinin ermənilər yaşayan Yeni Culfa rayonundakı Vank kilsəsinin önündə Azərbaycan tərəfindən guya Laçın dəhlizinin bağlanması və Qarabağ ermənilərinin blokadaya alınması əleyhinə etiraz aksiyası keçirilib.
Videodan da göründüyü kimi İran rejiminin siyasi maraqlarına xidmət edən aksiyaya çox sayda azyaşlı və məktəbli uşaqlar də cəlb edilib. Uşaqların əllərinə Ermənistan və İran bayraqları, anti-Azərbaycan şüarların yazıldığı plakatlar verilib və geyimlərinin üzərinə qondarma “DQR”nin bayraq nişanı vurulub.
Bizim.Media