Güneyli milli fəal Abbas Lisani sürgünə məhkum edilməklə bağlı qərara boyun əyməyərək Ərdəbilə qayıdıb.
Bizim.Media xəbər verir ki, barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilib ki, Milli Hərəkat üzvləri onu təntənəli şəkildə qarsalayıblar.
Qeyd edək ki, ərdəbilli siyasi fəal, şair və yazıçı Abbas Lisani, İrandakı türklər arasında kimlik hərəkatlarının fəallarındandır, rejimə və zorakılığa qarşı hərəkatların öncüllərindəndir. O, son 20 ildə fəaliyyətinə görə dəfələrlə həbs olunub. Sonuncu dəfə isə 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.
Fevralın 21-də Ərdəbil Mərkəzi Həbsxanasından azad edilən Abbas Lisaninin sürgün cəzası İranın mərkəzi əyalətlərindən biri olan Yəzd vilayətinə təyin edilib. Yəzd məhkəməsində tanınmış azərbaycanlı fəala hər gün həmin şəhərin kəşfiyyat idarəsinə gedib barmaq izi verməsi şərti qoyulub. Ancaq milli fəal ailəsi ilə söhbətində Yəzd şəhərinə sürgün cəzasına tabe olmayacağını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:53 / 25.02.2023
Güneyli fəal sürgün qərarına boyun əyməyib Ərdəbilə QAYITDI - VİDEO
Hazırda oxunan: Güneyli fəal sürgün qərarına boyun əyməyib Ərdəbilə QAYITDI - VİDEO
Hazırda oxunan: Güneyli fəal sürgün qərarına boyun əyməyib Ərdəbilə QAYITDI - VİDEO
122478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.