Rusiya ilə sərhəd-keçid məntəqələrində növbələr necə həll olunacaq?

Rusiya ilə sərhəd-keçid məntəqələrində növbələr necə həll olunacaq?

Hazırda oxunan: Rusiya ilə sərhəd-keçid məntəqələrində növbələr necə həll olunacaq?

121650

Azərbaycan və Dağıstan rəsmiləri arasında Rusiya ilə sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələri səbəbindən yaranan növbələrin vaxtında və operativ həlli üzrə birgə addımların atılması müzakirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Rusiyanın Dağıstan Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında keçirilmiş görüşdə qeyd edilib.

Görüşdə dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaların həyata keçirilməsi, nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub.
 

Xatırladaq ki, Rusiyanın Dağıstan Hökumətinin sədri Abdulmuslim Abdulmuslimovun Azərbaycana səfəri dünən başlayıb.

Səfər zamanı Rusiya rəsmisi Azərbaycan hökumətinin nümayəndələri ilə görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO