Paşinyan Münxendə KTMT-dən şikayət etdi: “Narahatlıqlar hələ də mövcuddur”

Paşinyan Münxendə KTMT-dən şikayət etdi: “Narahatlıqlar hələ də mövcuddur”

Hazırda oxunan: Paşinyan Münxendə KTMT-dən şikayət etdi: “Narahatlıqlar hələ də mövcuddur”

121324

Xəbər verdiyimiz kimi, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan tədbirdə iştirak edib.

Bizim.Media xəbər verir ki, o, panel müzakirəsində moderatorun KTMT ilə münasibətlərə dair sualına cavab verib.

"Bizim KTMT ilə bağlı müəyyən narahatlıqlarımız var və bu narahatlıqlar ictimai xarakter daşıyır. Biz həmkarlarımız qarşısında bu məsələləri qaldırdıq, faktiki olaraq ictimailəşdirdik və bu narahatlıqlar hələ də mövcuddur. Bu məsələlərin, bu narahatlıqların həlli yollarını tapmağa çalışırıq", deyə baş nazir qeyd edib.
Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO