Zəlzələdə yaralanan nə qədər azərbaycanlı Türkiyə xəstəxanalarındadır? – Rəsmi AÇIQLAMA 

Zəlzələdə yaralanan nə qədər azərbaycanlı Türkiyə xəstəxanalarındadır? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Zəlzələdə yaralanan nə qədər azərbaycanlı Türkiyə xəstəxanalarındadır? – Rəsmi AÇIQLAMA 

120787

Türkiyədə zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 11 nəfərdir.

Həmçinin zəlzələdə xəsarət alan və yaralanan vətəndaşlarımızın da olduğu bildirilir.

Bəs, nə qədər azərbaycanlı Türkiyə xəstəxanalarında müalicə alır?

Azərbaycanın Türkiyədəki səfirliyinin sözçüsü Aygün Qocayeva Bizim.Media-ya açıqlamasında bildirib ki, indiyə qədər 15 Azərbaycan vətəndaşı müalicə olunub, evə buraxılıb:

“Hazırda Türkiyə xəstəxanalarinda zəlzələdən zərərçəkmiş Azərbaycan vətəndaşları olduğu barədə bizə məlumat daxil olmayıb”, - deyə o, qeyd edib.

Xatırladaq ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü Hümam İsmayıllının, 2000-ci il təvəllüdlü Gündüz Nəzərzadənin, 2000-ci il təvəllüdlü Samir Quliyevin,  2002-ci il təvəllüdlü Şahin Vəliyevin, eləcə də 1950-ci il təvəllüdlü Lida Qocayevanın vəfat etdikləri müəyyən olunub.
Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan isə məlumat yoxdur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO