Sürətli QÜTBLƏŞMƏ – İran prezidentinin Çinə səfərinin TƏFƏRRÜATI

Sürətli QÜTBLƏŞMƏ – İran prezidentinin Çinə səfərinin TƏFƏRRÜATI

Hazırda oxunan: Sürətli QÜTBLƏŞMƏ – İran prezidentinin Çinə səfərinin TƏFƏRRÜATI

120438

İran Prezidenti İbrahim Rəisi yüksək rütbəli siyasi-iqtisadi nümayəndələrin tərkibində ötən gün Çinə səfər edib. O, burada üç gün ərzində müxtəlif görüşlər keçirəcək. Başlıcası isə Çin lideri Si Szinpinlə görüşəcək.

Qeyd edək ki, Rəisinin Pekinə səfəri İran Prezidentinin son 20 ildə bu ölkəyə ilk rəsmi səfəridir.

Səfərin yekununda iki ölkə arasında əməkdaşlıq haqqında sənədin imzalanması da gözlənilir.

Qeyd edək ki, artıq bir ildir Ukrayna müharibəsilə əlaqədar olaraq dünya dövlətləri ikiyə bölünüb. Bir tərəf, xüsusən də ABŞ başda olmaqla Qərb dünyası Ukraynaya dəstək verir. Şərq qütbündə yerləşən iri çaplı ölkələrdən İranın timsalında bəziləri Rusiyaya dəstək verir.
Digərləri isə gözləmə mövqeyi tutaraq, tərəflərin hər ikisinin əldən düşməsi məqamını gözləyir. Hər halda cərəyan edən proseslər dünyanın yenidən ikiqütblü dünyaya bölünməyə doğru getdiyini göstərir.

Belə ki, Rusiya, Çin başda olmaqla bir sıra iri çaplı ölkələr ABŞ-ın hegemon olduğu birqütblü dünyanı həzm edə bilmir. Bu müstəvidə də hər fürsətdən istifadə edərək çalışırlar ki, dünya təkqütblü olmasın.

Bu qütbləri Qərb və Şərq olmaqla iki qütbə bölmək olar. Bir tərəfdə ABŞ başda olmaqla, NATO və Avropa Birliyinə üzv olan ölkələr dayanır. Müəyyən hallarda Avstraliya, Yaponiya, Cənubi Koreya, Misir, Səudiyyə Ərəbistanı da Qərblə eyni qütbdə yer alır.

Şərq qütbünün təmsilçiləri qismində isə Çin, Rusiya, İran, Hindistan, Şimali Koreya və digər kiçik ölkələr çıxış edir. Braziliya, Cənubi Afrikanı da bir sıra məqamlara görə, bu cərgəyə aid etmək olar.

Türkiyə kimi, bir sıra qlobal güclər var ki, onlar indiki mərhələdə açıq şəkildə bu konfliktdə aktiv yer almaq istəmir.

Qüvvələr nisbətinə gəldikdə, mövcud situasiyada Qərb qütbünün hələlik daha güclü olduğu birmənalıdır. Qərb iqtisadi, hərbi potensialı baxımından Şəqr qütbü ilə müqayisədə daha güclüdür. Ancaq bu heç də ikiqütblü dünyada maraqlı olan dövlətləri öz məqsədlərinə çatmaq niyyətindən vaz keçməyə sövq etmir.

Əksinə, Çinin timsalında ikiqütblü dünya tərəfdarları tədricən öz mövqelərini güclənidrmək kursu götürüb. İran da məhz bu məqamdan istifadəe dərək Çinlə daha da yaxınlaşmaq yolunu tutur. 
Rəisinin Çinə səfəri iki qütblü dünyanın formalaşdığını göstərmirmi? 

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, ikiqütblü dünyanı formalaşdırmaq istiqamətdə Pekinlə Tehran razılığa gəlmək, strateji tərəfdaşlığın formatını genişləndirmək ərəfəsindədirlər:

“Rəisinin səfəri öncədən planlaşdırılan tədbirdir.

Amma burada daha bir önəmli vəziyyət odur ki, Çin sanksiyalar altında olan İranın əsas ticari tərəfdaşıdır. Bu yaxınlarda isə Pekinlə Tehran arasında ciddi soyuqluq yaşandı. Çinin yüksək rütbəli nümayəndə heyətinin ərəb ölkələrinə səfəri fonunda ikincilər Pekinə təklif edib ki, Tehranla əlaqələri məhdudlaşdırsa, onun enerji daşıyıcıları baxımından bütün ehtiyaclarını ödəyəcək. Hətta təklif olunub ki, fars körfəzindəki mübahisəli üç adanı Pekin ərəb adası kimi tanısa, ərəb ölkələri də Tayvanı Çinin tərkib hissəsi kimi tanıyacaq.

Bu isə İranda ciddi narahatlıq doğurub. İran Çindən izah tələb edib. Bu mənada görünən odur ki, İran tərəfdaş olaraq Çini itirməkdən çəkinir. Ona görə də Rəisi ora səfər edib. Başqa bir tərəfdən, Rusiya, Çin və İran Avrasiya məkanında üçlük olaraq yeni bir dünya qütbünün yaradılmasına çalışırlar.
Belə bir layihə də gündəmdədir. Onun nəticəsidir ki, Fars körfəzi, Hind okeanında bu üç ölkənin tez-tez birgə hərbi və hərbi dəniz təlimləri keçirilir.

Bu istiqamətdə deyəsən Pekinlə Tehran razılığa gəlmək, strateji tərəfdaşlığın formatını genişləndirmək ərəfəsindədir. Yəni İran bir tərəfdən Çinlə əlaqələri itirməməyə, həm də bu fonda onunla birgə ikiqütblü dünyanın formalaşmasına çalışır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO