"Kahramanmaraşa 2-ci mobil səhra hospitalı yola salınıb" - FHN 

Hazırda oxunan: "Kahramanmaraşa 2-ci mobil səhra hospitalı yola salınıb" - FHN 

119830

Bu gün Bakıdan Türkiyənin Kahramanmaraş şəhərinə 2-ci mobil səhra hospitalı yola salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev məlumat verib.

O, bildirib ki, hospitalda qəbul çeşidləmə, sarğı, laboratoriya, reanimasiya və iki əməliyyat bloku fəaliyyət göstərəcək:

"Hospitalda fəaliyyət göstərən həkimlər, 18 nəfər tibb personalı, hərbi səhra şəraitində fəaliyyət göstərən peşəkar cərrahlardan, travmatoloqlardan, reanimatoloqlardan, torakal cərrahlardan ibarətdir. Hospital hər bir tibbi avadanlıqla, dərman prepaparatları, sarğı materialları və reaktivlərlə təmin olunub".

Ə.Əliyev əlavə edib ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq Türkiyədə baş verən güclü zəlzələnin fəsadının aradan qaldırılması məqsədilə humanitar yardımlar davam edir:

"Heydər Əliyev Fondu tərəfindən Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara çox böyük həcmdə humanitar yardım göndərilib.
Bu yöndə FHN də ölkə başçısının tapşırığına uyğun olaraq zəlzələnin ilk günündən axtarış xilasetmə dəstələri, xilasetmə avadanlıqları, əhalinin yerləşdirilməsi üçün böyük miqdarda çadırlar, qızdırıcılar və digər cari avadanlıqlar göndərib. Bundan başqa 41 nəfərdən ibarət tibbi heyət və 1 ədəd mobil səhra hospitalı Kahramanmaraşda açılıb və fəaliyyətini davam etdirir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO