7 yaşlı qız 14 yaşlı əmisi tərəfindən öldürülüb.
Bizim.Media xəbər verir ki, hadisə Türkiyənin Girəsun bölgəsində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Ötən gün cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Məlumata görə, 7 yaşlı İkranur Tirsi 27 iyun 2020-ci il tarixində kənddə evlərinin qarşısında oynayarkən itkin düşüb.
Bildilir ki, itkin düşdükdən 3 gün sonra aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində kəndin yaxınlığından axan çay yatağında qızın cəsədi tapılıb.
7 yaşlı qızın cinayəti ilə bağlı aparılan istintaq işində ailə üzvlərinin dindirilməsi nəticəsində 14 yaşlı əmisi cinayəti etiraf edib. Cinayətin səbəbi ilə bağlı hələ ki, məlumat verilməyib.
Bizim.Media