Rusiya XİN: BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil

Rusiya XİN: BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil

Hazırda oxunan: Rusiya XİN: BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil

119131

“BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası heç də real deyil”.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar üzrə departamentinin direktoru Pyotr İliçev deyib.

Onun sözlərinə görə, regionda sülh və təhlükəsizliyi bərpa etmək vəzifəsini Rusiya sülhməramlıları effektiv şəkildə həyata keçirir.
O qeyd edib ki, beynəlxalq təşkilatlar içərisində yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağda fəaliyyət göstərir:

“BMT-nin humanitar agentlikləri isə ora keçmək icazəsini nə azərbaycanlılardan, nə də ermənilərdən ala biliblər. Hətta ilkin qiymətləndirmə aparmaq üçün də icazə ala bilməyiblər”.

İliçev bildirib ki, çətinliklər siyasi səbəblərdən meydana çıxır: 

“Tərəflərə qarşı bərabər münasibət göstərilməməsi üzündən regiona gedib-gəlməkdə bəzi çətinliklər çıxır. Bu səbəbdən də hətta humanitar missiyanın göndərilməsinin çətin olduğu dövrdə regiona BMT-nin sülhməramlılarının göndərilməsi heç də real deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO