İskəndərun limanındakı yanğın DAVAM EDİR – FOTO/VİDEO - YENİLƏNİB 

İskəndərun limanındakı yanğın DAVAM EDİR – FOTO/VİDEO - YENİLƏNİB 

Hazırda oxunan: İskəndərun limanındakı yanğın DAVAM EDİR – FOTO/VİDEO - YENİLƏNİB 

118904

Türkiyədə dünən baş verən zəlzələdən sonra İskəndərun limanında aşan konteynerlərdəki yanğın davam edir.  

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə yanğının söndürülməsinə helikopterlər və quru qoşunları cəlb edilib.

*** 10:37

Türkiyədə dünən baş verən zəlzələdən sonra İskəndərun limanında aşan konteynerlərdəki yanğın davam edir.

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, mərkəzləri Kahramanmaraşda olan və 10 vilayətdə baş verən zəlzələlər zamanı naməlum səbəbdən konteynerlərdəki yanğın gecəboyu davam edib.

Ətraf mühitə sıçrayaraq böyüyən yanğından yüksələn tüstü İskəndərunun bir çox nöqtəsindən görünür.

Hazırda yanğını söndürmək istiqamətində işlər aparılır.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib.

Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 2921-ə çatıb, daha 15 834 nəfər yaralanıb.

Bizim.Media
 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO