Türkiyənin ilk qırıcı təyyarəsi HÜRJET-in mühərrikinin işə salınma sınağı uğurla həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “yenisafak.com” saytında yerləşdirilib.
Mənbə yazır ki, Hürjet 18 mart 2023-cü ildə Çanaqqala Zəfərinin ildönümündə havaya qalxacaq.
Müdafiə Sənayesi İcraiyyə Komitəsi tərəfindən kütləvi istehsalına qərar verilən tək mühərrikli Hürjet qırıcı təyyarəsi müasir döyüş təyyarələri təlimində mühüm rol oynayacaq.
Üç tona qədər yük daşıya bilən təyyarənin uzunluğu 14, hündürlüyü 5, qanadının eni isə 9,5 metrdir.
Kütləvi istehsal prosesinin ilk ilində 6-7, növbəti ildə ayda 2, ildə 24 təyyarə istehsal olunacaq.
Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir bu tarixi hadisəyə münasibət bildirib:
"HÜRJET mühərrikini işə saldı. İndi uçuş zamanıdır".
Bizim.Media
- A-
- A
- A+
Region
13:42 / 02.02.2023
Türkiyənin ilk qırıcı təyyarəsi HÜRJET ictimaiyyətə təqdim olundu – VİDEO
Hazırda oxunan: Türkiyənin ilk qırıcı təyyarəsi HÜRJET ictimaiyyətə təqdim olundu – VİDEO
Hazırda oxunan: Türkiyənin ilk qırıcı təyyarəsi HÜRJET ictimaiyyətə təqdim olundu – VİDEO
118035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.