Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı yaşandı

Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı yaşandı

Hazırda oxunan: Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı yaşandı

117322

Rusiyanın paytaxtı Moskvadakı "İzmailovo" konsert zalının işçiləri və qonaqları partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidmətindən TASS-a bildirilib.

"İzmailovo” konsert zalında partlayış təhlükəsinin olması ilə bağlı anonim məlumat daxil olub. Təhlükəsizlik məqsədilə işçilər və ziyarətçilər təxliyə edilib", - agentliyin mənbəyi bildirib.

Mütəxəssislər binanı və konsert zalına bitişik ərazini partlayıcı əşyaların və ya maddələrin olub-olmadığını yoxlayırlar.

Qeyd edək ki, bu gün saat 18:00-da “İzmailovo” konsert zalında erməni rəqs məktəbinin konserti başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO