İran dron hücumlarına görə İsraili ittiham etdi - “Xüsusi hərbi əməliyyat” başlayıb? - VİDEO

İran dron hücumlarına görə İsraili ittiham etdi - “Xüsusi hərbi əməliyyat” başlayıb? - VİDEO

Hazırda oxunan: İran dron hücumlarına görə İsraili ittiham etdi - “Xüsusi hərbi əməliyyat” başlayıb? - VİDEO

117250

İran rəsmiləri İsraili hərbi müəssisələrə pilotsuz təyyarələrlə (dron) zərbə endirdiyinə görə ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Al Arabiya” nəşri yayıb.

Təsdiqlənməyən məlumata görə, rəsmi Yerusəlim İran daxilində “xüsusi hərbi əməliyyata” başlayıb.

Qeyd edək ki, partlayışlar nəticəsində İranın döyüş təyyarələri səmaya qaldırılıb, ordu yüksək döyüş hazırlığına gətirilib.

Xatırladaq ki, PUA Azərşəhrdə sursat anbarı və motor yağı istehsalı müəssisəsini vurub.  Neft emalı zavodlarında və hərbi obyektlərdə yanğınlar baş verib.

 Nazirlik və hüquq-mühafizə orqanlarının saytları işləmir. Ölkənin bəzi əraziləri işıqsız qalıb, daha bir neçə yerdə internetlə bağlı problemlər müşahidə olunur. Hətta bəzi telegram kanalları ölkədə internetin ümumiyyətlə işləmədiyini bildirib.  

Tehranda və bir sıra digər şəhərlərdə hava hücumu xəbərdarlığı səslənib. Paytaxt üzərində qırıcı təyyarələr dövr edir.

İsrail hökuməti baş verənlərlə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.


Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO