Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycanın İradakı səfirliyinə hücumla bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Bizim.Media xəbər verir ki, TBMM sədri bu barədə “Twitter“ hesabında paylaşım edib.
TBMM sədri Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib, Azərbaycana başsağlığı verib.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Region
12:39 / 27.01.2023
Mustafa Şentop İrandakı səfirliyimizə HÜCUMU PİSLƏDİ
Hazırda oxunan: Mustafa Şentop İrandakı səfirliyimizə HÜCUMU PİSLƏDİ
Hazırda oxunan: Mustafa Şentop İrandakı səfirliyimizə HÜCUMU PİSLƏDİ
116946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.