Ermənistan Qərbdən KTMT-nin dəyişdirilməsini istədi – Moskvanın reaksiyası kəskin olacaq

Ermənistan Qərbdən KTMT-nin dəyişdirilməsini istədi – Moskvanın reaksiyası kəskin olacaq

Hazırda oxunan: Ermənistan Qərbdən KTMT-nin dəyişdirilməsini istədi – Moskvanın reaksiyası kəskin olacaq

116824

Xəbər verdiyimiz kimi, yanvarın 23-25-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə səfərdə olub. O, səfəri çərçivəsində Avropa Parlamentinin deputatları ilə keçirilən qapalı iclasda müxtəlif suallara cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.

Estoniyadan olan deputat Marina Kalyurand Ermənistanın KTMT-dən çıxmasının perspektivləri ilə bağlı sual verib. 

Ermənistan XİN rəhbərinin verdiyi cavab gözlənilmədən hamı üçün – həm zalda olan Avropa Parlamentinin deputatları, həm Kalyurand, həm də onun Kreml kuratorları üçün gözlənilmədən səmimi olub: “Hər şey mümkündür”.

O, bu ifadəni işlətməklə Ermənistanın öz təhlükəsizliyindəki boşluğa tab gətirə bilməyəcəyinə ehyam vurub.

Daha sonra Mirzoyan vurğulayıb ki, İrəvan Ermənistanın KTMT-dən çıxması ilə bağlı istənilən müzakirələrə hazırdır. Yəni dolayısı yolla o, demək istəyib ki,  Qərbdən alternativ təminatlar alınarsa, Rusiyanın təhlükəsizlik çətiri dəyişdirilə bilər. 

Fikrini yekunlaşdıran Mirzoyan bildirib ki, Aİ-nin monitorinq missiyası “artıq insanların həyatını xilas etməyə kömək edib”. 

Bu sözlər də Kremlə doğru göndərilən aydın bir siqnaldır. Yəni “Aİ mandatını genişləndirsin, KTMT-dən çıxaq”.
Ararat Mirzoyanın əsassız olaraq Azərbaycanın “Rusiya qazını satdığını” bəyan etməsi, Bakıya qarşı sanksiyalar tələb etməsi də diqqət çəkib. 

Belə olan halda, həm Mirzoyana, həm də onun çıxışlarını dinləyən AP-də olanlara xatırlatmaq istərdik ki, hələ yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı xarici mətbuatda manipulyasiyalar barədə suala aydın şəkildə cavab vermişdi.

Guya ölkəmiz Rusiya qazını alır, sonra onu yenidən Avropaya, dünya bazarlarına çıxarır. Prezident Əliyev bu cür nəşrləri informasiya manipulyasiyası adlandırıb.

“Sadəcə ixracımızın həcminə baxsaq belə, aydındır ki, bu barədə danışmaq olmaz. Bəli, biz hələ çoxdan, mən neft şirkətində işləyəndə Rusiyadan qaz almışıq. Və qazanclı idi. Sonra öz qazımız çatmadı. Biz isə qazı ona görə almışıq ki, elektrik enerjisi istehsal etmək üçün mazutdan istifadə olunmasın, yəni daha çox fayda əldə edək. Neftlə işləyən elektrik stansiyaları ətraf mühiti çirkləndirir.

Bu gün bütün elektrik stansiyalarımız ya qaz, ya da su, qismən də bərpa olunan mənbələrlə işləyir. Amma sonradan Rusiyadan qaz alışı dayandı, səhv etmirəmsə, 2006-cı və ya 2007-ci ildə qiymətlərin kəskin artması səbəbindən. Demək olar ki, qiymətlər iki dəfə artmışdı. Bə biz Rusiya qazını almağı dayandırdıq.

O vaxtdan 15 il keçir. İndi söhbət 1 milyard kubmetr həcmində Rusiya qazının alınmasından gedir. Müqavilə ötən ilin sonunda bağlanıb. Və əslində, bu həcmin yarısını belə almamışıq. Niyə bunu edirik? Bizim istehlakımız artır, əhalimiz çoxalır”, - deyə İlham Əliyev bildirib.
Əgər Mirzoyanın Rusiya qazının Azərbaycan tərəfindən reeksport edilməsi ilə bağlı dediklərinin saxtalığını bir kənara qoysaq və onun özünün də bu saxta məlumatlara həqiqətən inandığını vurğulasaq, məlum olur ki, erməni nazir pərdəarxası söhbətlərdə Qərbin Rusiyaya qarşı sanksiya rejimini açıq şəkildə dəstəkləyir. Diplomat üçün ağıllı gediş deyil. Onsuz da Mirzoyan peşəkar diplomat adlandırılmır.

Deməli, Ermənistan öz xarici işlər nazirinin “simasında” Rusiyaya qarşı çıxır və Qərbin sanksiyalarına qoşulur.

Yəqin Kremlin bu açıqlamaya münasibəti, daha doğrusu kəskin reaksiyası özünü çox gözlətməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO