Manukyana müxalifəti parçalamaq tapşırığı – OYUNDAN KİM ÇIXACAQ?

Manukyana müxalifəti parçalamaq tapşırığı – OYUNDAN KİM ÇIXACAQ?

Hazırda oxunan: Manukyana müxalifəti parçalamaq tapşırığı – OYUNDAN KİM ÇIXACAQ?

11660

Bizim.Media “Armenia Today” saytına istinadən məlumat verir ki, bu gün Yerevanın mərkəzi meydanında müxalifətin vahid namizədi, “Vətənin Qurtuluşu Hərəkatının” sədri Vazgen Manukyan öz tərəfdarları ilə birgə mitinq təşkil edir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda “narkotik ajiotaj” – hamı çətənə əkmək istəyir - FAKT


Lakin Ermənistan mətbuatının mitinqə münasibəti birmənalı deyil.

“Çiçəklənən Ermənistan” partiyası başda olmaqla bir neçə siyasi partiya Vazgen Manukyanın mitinq barədə müxalif partiyaları məlumatlandırmadığını iddia edir.

Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Vazgen Manukyan mitinqi ancaq öz partiyası ilə təşkil edir.

Hərəkata daxil olan digər 16 partiyaya isə mitinq barədə hər hansı məlumat verilməyib və onlar mitinqlə bağlı məsləhətləşmələrə belə dəvət olunmayıblar.

Bəzi analitiklər Vazgen Maukyanın bu həmləsinin müxalifət daxili çəkişmələrə hesablanmış siyasi gediş olduğunu önə sürür.

Belə ki, son günlərdə Ermənistanda keçmiş prezidentləri Rober Koçaryan və Serj Sarkisyanın növbədən kənar seçkilər olacağı təqdirdə namizədliklərini verəcəkləri barədə məlumatlar tirajlanırdı.

Hətta dünən Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Yerevanın mərkəzindəki Respublika meydanına gələrək mitinq iştirakçıları ilə görüşüb. 

Robert Koçaryan və Serj Sarkisyanın fəal siyasi proseslərə daxil olmağa hazırlaşdığı bir dövrdə Vazgen Munkyanın da fəallaşması olduqca maraq doğurur.

Erməni mətbuatı Robert Koçaryanın siyasətə qayıtmasını müxalifət daxilində çaxnaşmaların yaranmasına səbəb olacağını qeyd edir.

Çünki keçmiş prezidentlərin nüfuzu müxalifəti Vətənin Qurtuluşu Hərəkatının rəhbərliyini və “vahid namizəd” məsələsini yenidən gözdən keçirməyə məcbur edəcək.

Ermənilərin ən çox ehtiyat etdiyi isə Qarabağ klanının yenidən hakimiyyətə qayıtması məsələsidir. Onlar yenidən bu korrupsioner zümrəyə Ermənistanın taleyini həvalı etmək istəmirlər.

Bu baxımdan Vazgen Manukyanın təkbaşına mitinq qərarı verməsi də müxalifət daxili siyasi proseslər istiqamətində dəyərləndirilə bilər.

Manukyan 16 müxalif siyasi partiya olmadan uğurlu mitinq keçirməklə şəxsi nüfuza sahib olduğunu göstərməyi hədəfləyir.

Yerevanda təşkil olunan mitinq Nikol Paşinyandan daha çox müxalifət partiyalarına ünvanlanmış mesajdır. Vazgen Manukyan vahid namizəd adını əbəs yerə daşımadığını göstərməyə çalışır. 

Lakin Ermənistan müxalifəti daxilində fikri ayrılığı artıq başlayıb. Vazgen Manukyan və keçmiş prezidentlər arasındakı fikir ayrılıqlarının bu problemi daha da dərinləşdirəcəyi gözlənilir.

Digər tərəfdən isə əgər Manukyanın özünün qeyd etdiyi kimi müxalifət partiyalara mitinq barədə məlumat verilibsə və onlar mitinqə qoşulmayıblarsa, deməli müxalifət daxili bölünmə artıq pik həddinə çatıb. Bəzi siyasi partiyalar artıq öz seçimlərini ediblər.

Rəvan Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO